Karyera

“Tatoğlu-Az beton konstruksiya” mmc sizə peşəkar inkişaf və karyera irəliləyişi imkanı təklif edir.

Biz istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparırıq.

Biz bütün namizədlər üçün eyni şərait yaradırıq və işə qəbul, seçim proseslərində şəffaflıq prinsiplərinə riayət edirik. Bütün vakansiyaları şirkətin rəsmi internet səhifəsində yerləşdiririk.

“Tatoğlu-Az beton konstruksiya” mmc-nin işgüzar həyatına və peşəkar kollektivinə Siz də qoşulmaq istəyirsinizsə aşağıda təklif olunan vakansiyaları nəzərdən keçirin. Maraqlandığınız iş təklifini seçərək  ətraflı məlumat alın və iş tələblərilə tanış olun. Bilik və bacarıqlarınız uyğun gəldiyi vakansiyaya müraciətinizi göndərin. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!

Vakansiyalara müraciət etmək üçün CV formasını mövzu yerində müraciət etmək istədiyiniz vakansiyanın adını qeyd edərək hr@tatoglu.az ünvanına göndərə və ya aşağıdakı əlaqə nömrəsinə zəng edə bilərsiniz.

 

VAKANSİYALAR:

Satış Meneceri – Müştərilərlə fərdi olaraq görüşüb şirkətimizin gösdərdiyi xidmətləri təklif etmək (Beton konstruksiyalar, borular və s.), İş qrafiki Bazarertəsi-Şənbə, Saat 09:00-dan 18:00-dək, Komandada işləmə bacarığı, Dil bilikləri: Azərbaycan dili(əla),Rus, Türk dillərini bilməsi arzu olunandır, Düzgün şifahi nitq qabiliyyəti, Müştərilərlə xoş ünsiyyət qurmaq, şirkət və məhsullar haqqında tam məlumat vermək, Texniki biliyin olmasi arzu olunandır, Sürücülük vəsiqəsi B-Bc, kompyuter bilikləri – microsoft office, rus dili arzu olunandır, maaş görüş zamanı danışılacaq, ölkə daxili səfərlərə çıxmaq icazəsi olmalıdır.

Fəhlə – Verilən tapşırığı vaxtında və tam yerinə yetirmək, Qəliblərə verilən betonun qəlibə yayılmasını, avadanlıqların və iş ərazisinin təmizliyini təmin etmək. öyrənmək və işləmək həvəsi olması. Həqiqi hərbi xidməti başa vurmuş 20-45 yaş arası kişilər müraciət edə bilər.

Boru operatoru – Verilən tapşırığı vaxtında və tam yerinə yetirmək, Qəliblərə verilən betona nəzarət, avadanlıqların və iş ərazisinin təmizliyini təmin etmək. öyrənmək və işləmək həvəsi olması. Həqiqi hərbi xidməti başa vurmuş 20-45 yaş arası kişilər müraciət edə bilər.

Dəmirçi – Verilən tapşırığı vaxtında və tam yerinə yetirmək, metal konstruksiyaların və qəliblərin yığılması, avadanlıqların və iş ərazisinin təmizliyini təmin etmək, öyrənmək və işləmək həvəsi olması. Həqiqi hərbi xidməti başa vurmuş 20-45 yaş arası kişilər müraciət edə bilər.